Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz fədakarlıqları çox yüksək qiymətləndiririk

Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz fədakarlıqları çox yüksək qiymətləndiririk

Bakı. Trend:

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Kəlbəcər rayonundan məcburi köçkün Fazil Məlikov yazır: “Hörmətli cənab Prezident, xalqımız üçün bu narahat günlərdə mən də Sizə məktub yazmağı özümə borc bildim. İlk növbədə, qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbər təyin olunduğu 1969-cu ildə mən Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin illərdə bir çox tələbə kimi, mən də müxtəlif dövlət tədbirlərində iştirak etmişəm, Ulu Öndərin necə böyük siyasi xadim olduğunu yaxından görmüşəm. Xoşbəxtlik mənə Zərifə xanım Əliyevanı da görməyi qismət edib. Belə ki, göz xəstəlikləri üzrə təcrübə dərslərini Zərifə xanımın işlədiyi tibb ocağında keçmişəm. Onun necə mehriban, sadə və savadlı bir həkim olduğuna şahidlik etmişəm.

Əziz Prezidentimiz, Siz bu ziyalı ailənin layiqli davamçısı olaraq insanlara qayğı göstərir, ölkəmizin uğurlu inkişafını təmin edirsiniz. Mən bir həkim-pediatr olaraq bilirəm ki, xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və səmərəlidir. Sizin koronavirus xəstəliyinə qarşı vaxtında tədbirlər görməyinizin nəticəsidir ki, Azərbaycan bir çox ölkələrdən daha az yoluxma və ölüm halına malikdir. Əminik ki, Siz bu çətinliyin də öhdəsindən gələcəksiniz. Biz kəlbəcərlilər Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm”.

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Vüsal Əmirlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu dünyaya bir daha sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın sizlərə olan rəğbətini daha da artırdı.

Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm”.

Saatlı rayonunun Qaralar kəndindən Hafiz Babayev: “Hörmətli cənab Prezident, mənim 82 yaşım var. Sizin tapşırığınıza əməl edərək iki aya yaxındır ki, evimdə qalıram, ən əziz insanlarımı görməyə də getmirəm. Bilirəm ki, yaşlı insan virusa tez yoluxur və xəstəliyi daha ağır keçirir. Mən mütəmadi olaraq xəbərləri izləyirəm. Bu virusun dünyanın 200-dən çox ölkəsində yayıldığını bilirəm. Özü də əksər ölkələrdə kütləvi insan tələfatına səbəb olub. Lakin Sizin uzaqgörənliyiniz, xalqınıza qayğıkeşliyiniz nəticəsində Azərbaycanda ölüm və yoluxma sayı çox azdır.

Hörmətli cənab Prezident, XXI əsrin ən qorxulu bioloji müharibəsindən xalqımızın salamat qurtulması üçün göstərdiyiniz fədakarlığa görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı hər zaman köməyiniz olsun!”.

Ağdam rayonunun sakini Rövşən Şıxıyev: “Hörmətli cənab Prezident, Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Ağdam rayonunda bütün sahələrdə aparılan işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon ictimaiyyəti Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Ağdamdan Bərdəyə gedən və uzunluğu 30 kilometr olan yeni yolun tikilməsi, rayonun İmamqulubəyli kəndində tibb məntəqəsinin istifadəyə verilməsi rayon sakinlərinin böyük sevincinə səbəb olub. Rayon ərazisində qısa müddətdə bir neçə uşaq bağçasının tikilməsi isə Sizin gələcəyimiz olan uşaqlara qayğınızın göstəricisidir. Bu işlərin belə qayğılı günlərdə də dayanmaması Sizin əzminiz sayəsindədir. Rayonda aztəminatlı ailələrə verilən yardımlar həm də onlara mənəvi dəstəkdir.

Möhtərəm cənab Prezident, biz ağdamlılar görülən işlərə, yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildirir, uğurlu fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzulayırıq”.

Lerik rayonunun Vistən kəndinin sakini Coşqun Rəsulov: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bir vətəndaş kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz.

Cənab Prezident, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!”.

Lənkəran rayonunun Kərgəlan kəndindən Cümşüd Kərəmov: “Möhtərəm cənab Prezident, Siz daim Azərbaycan xalqının yanındasınız, ona diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, sağlamlığımızın qorunması üçün verdiyiniz tövsiyələri yüksək dəyərləndiririk. Bu ağır günlərdə xalqımızın sağlamlığını, onun rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik. Allahdan Sizə dünyada ən gözəl nemət olan cansağlığı diləyirik. Allah Sizi qorusun!”.

Gəncə şəhərinin sakini Səbinə Əlizadə: “Əziz Prezidentimiz, mən bir təhsil işçisi olaraq apardığınız uğurlu siyasəti yaxından izləyir və tam dəstəkləyirəm. Son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələrlə əlaqədar Sizin təəssübkeşliyinizdən və fədakarlığınızdan qürur hissi duyuram. Koronavirusa qarşı vaxtında həyata keçirdiyiniz profilaktik tədbirlərin səmərəsini və müsbət nəticələrini hamımız görürük. Sizin istər siyasi, istərsə də sosial sahədə atdığınız hər addımınız demokratik və humanist ideyalara söykənir.

Əziz Prezidentimiz, tarix hər zaman öz liderlərini yetişdirir. Siz müstəqilliyimizi, rifahımızı bizə bəxş edən dahi liderimizin xalqımıza miras qoyduğu siyasətin ən uğurlu və layiqli davamçısısınız. Biz Sizi hər zaman dəstəkləyirik və Sizə inanırıq”.

Bərdə rayon sakinləri Sənubər Nəcəfova, Nüsrət Məmmədov, İsmət Hacıyev və Səfiyar Nayıbov yazırlar: “Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı imzaladığınız sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsinə dair dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik. Vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik.

Cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Bərdə rayonunun sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcək”.

Lerik rayonundan Nəriman Həsənov, Nazim Əliyev və Mehdi Ağayev dövlətimizin başçısına minnətdarlıqlarını bu sözlərlə ifadə edirlər: “Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz leriklilər çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında gördüyünüz tədbirlər hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Siz həmişə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdiniz, uğurlu yol seçdiniz.

Cənab Prezident, biz Sizi dəstəkləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz”.

"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Loading Bars
Xəbər lenti
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açılandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Bütün xəbərlər