...

Arzu Nağıyev: Modul tipli bağçalarının tikilməsi böyük əhəmiyyət kəsb edir

Siyasət Materials 1 İyun 2020 14:08 (UTC +04:00)
Arzu Nağıyev: Modul tipli bağçalarının tikilməsi böyük əhəmiyyət kəsb edir

Bakı. Elçin Mehdiyev – Trend:

Tovuz-Gədəbəy zonasından seçicilərin müraciəti, eyni zamanda müşahidələrim göstərir ki, artıq kənd təsərrüfatında işlər başlayıb, çox qızğın işlər gedir. Bu gün zərərvericilərlə mübarizə aparılan sahələrdə gübrələrdən, digər kimyəvi maddələrdən istifadə olunur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Nağıyev bildirib ki, sahələrdə işləyən bəzi anaların uşaqları ya qucağındadır, ya arxasına bağlı bir vəziyyətdədir, eyni zamanda həmin əkin sahələrinin kənarında bir alaçıq qurub uşaqları orada saxlayırlar:

“Soruşanda ki, bu məsələ nə ilə bağlıdır, təəssüflər olsun ki, valideyinlər deyir ki, uşaq bağçalarının çatışmazlığı, eyni zamanda dövlət inhisarında olan uşaq bağçalarında vəziyyətin çox acınacaqlı olması ilə bağlıdır. Təminat yüksək səviyyədədir, hər bir uşaq üçün müəyyən vəsait ayrılır və bu vəsaitdən narazılıq yoxdur. Lakin həmin bağçaların təmirə böyük ehtiyacı var. Bununla da bağlı keçirilən sorğulardan məlum olur ki, təmirə ayrılan vəsait bir neçə uşaq bağçasının təmirinə çatmır. Digər məqam ondan ibarətdir ki, həmin ayrılan vəsaitlə müəyyən modul tipli bağçalarının tikilməsi mümkündür. Yəni bu vəsait onu ödəyə bilər.

Düzdür, şəxsi bağçalarda, eyni zamanda müəyyən sahibkarlara məxsus bağçalar yüksək səviyyədə qurulub, lakin dövlət inhisarında olan bağçalarda vəziyyət doğurdan da çox çətindir və ona görə də uşaqları orada saxlaya bilmirlər.

Təbii ki, koronavirus pandemiyası dövründə uşaq bağçaları bağlıdır, yəni mən əsas onu demək istəyirəm ki, bununla bağlı müəyyən monitorinqlərin keçirilməsinə ehtiyac var. Modul tipli bağçalarının tikilməsi də böyük əhəmiyyət kəsb edir, çünki əsasən bu gün iş yerlərində çalışanlar gənclərdir və onların da uşaqları təmin olunmalıdır”.

Milli Məclisin sədri Sahibə Qarafova A.Nağıyevin modul tipli bağçalarla bağlı təklifini dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti