...

Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib (FOTO/VİDEO)

Siyasət Materials 1 İyun 2020 14:47 (UTC +04:00)
Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.

Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər. Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.
Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti