...

Elmira Süleymanovaya Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

Siyasət Materials 16 İyul 2020 15:26 (UTC +04:00)
Elmira Süleymanovaya Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev E.T.Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınıb ki, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti