...

Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanda hər hansı köklü dəyişiklik olmayacaq

Siyasət Materials 20 İyul 2020 16:20 (UTC +04:00)
Ermənistanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət, o cümlədən iqtisadi durum olduqca gərgindir.
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanda hər hansı köklü dəyişiklik olmayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət, o cümlədən iqtisadi durum olduqca gərgindir.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Trend" İnformasiya Agentliyi "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində deyib.

F.Şəfiyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki ildir ki, hakimiyyətə gəlib:

“Hakimiyyətə gələrkən bir sıra vədlər vermişdi, o cümlədən sosial-iqtisadi islahatların aparılması ilə bağlı. İki il keçib, ancaq hər hansı tutarlı bir nəticə yoxdur və ola da bilməz, çünki problem Ermənistan iqtisadiyyatının təcrid olunmasıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanda hər hansı köklü dəyişiklik müşahidə olunmayacaq. Digər tərəfdən Ermənistanda daxili siyasi vəziyyət də gərginləşib. Belə bir vəziyyətdə rəhbərlik daxili diqqəti yayındırmağa çalışır”.

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti