...

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub (FOTO/VİDEO)

Siyasət Materials 31 İyul 2020 16:55 (UTC +04:00)
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub (FOTO/VİDEO)

Bakı. Trend:

İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti