...

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)

Siyasət Materials 9 Avqust 2020 16:58 (UTC +04:00)
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti