Kamaləddin Qafarov: Diletant, antixarizmatik, yalançı Paşinyanın hakimiyyət olimpində son payızı

Kamaləddin Qafarov: Diletant, antixarizmatik, yalançı Paşinyanın hakimiyyət olimpində son payızı

Bakı. Trend:

Tarix diletantları sevmir. Bu, bəşəriyyətin illərcə, əsrlərcə təsdiqlədiyi əbədi bir aksiomadır. Diletantlar siyasətə qoşulanda, öz natamam iddialarını reallaşdırmağa cəhd göstərəndə daha gülünc və təhlükəli olurlar.

Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyan da diletantdır. Ən azından idarəçilik, sivil politologiya, dövlət quruculuğu və beynəlxalq münasibətlər sistemi üzrə.

Burada Paşinyanın ali təhsili olmadığından söhbət getmir-baxmayaraq ki, normalda bu da əsas şərtlərdən biridir. Tarixdə ali təhsil almayan o qədər müdrik dövlət və hökumət başçıları olub ki... Elə biri ötən əsrin 80-ci illərində Polşaya rəhbərlik etmiş Lex Valensa. Adicə elektrik olan bir insan milyonlarla həmvətənlisini dəstəyi ilə hakimiyyətə gəldi və Polşanı bir çox diplomlu siyasətçilərdən yaxşı idarə etdi.

Bu gün bütün dünya Paşinyana populist, korrupsioner, küçə demokratiyasının fərsiz natiqi və qısa müddət ərzində antipatik daxili və xarici siyasəti, ağılsız qərarları , gülünc intellekti ilə gündəmə gələn sirli bir Don Kixot kimi baxır. Ən əsası - ermənilərin özləri bu uğursuz işbazdan yaxa qurtarmaq üçün gecə -gündüz yollar axtarırlar.

N.Paşinyan Qərbi, birinci növbədə, “filantrop” Corc Sorosu, daha sonra erməni elektoratını, erməni diasporunu, erməni iqtidarını, Ermənistanın əcnəbi dostlarını, hətta Rusiyanı öz sərsəm , heç bir əndazəyə sığmayan həyasızlığı və bacarıqsızlığı ilə çox çətin vəziyyətə qoyub.

Paşinyanın sonuncu “razılaşdırılmamış” addımı C.Sorosda çox böyük qıcıq doğurub. Erməni mediasının yazdığına görə , amerikalı milyarder Corc Soros Ermənistan baş naziri Nikol Paşinyana çox sərt, hətta alçaldıcı tonda mesaj göndərib. Okeanın otayındakı boss “məxməri” baş nazirin Belarus prezidenti Aleksandr Lukaşenkonu 9 avqust prezident seçkisində qələbə münasibətilə təbrikinə çox ciddi narazılığını ifadə edib.Həmin materialda açıq şəkildə yazılıb ki, Corc Soros Paşinyanın təbrik məsələsində səhv etdiyini detalları ilə onun diqqətinə çatdırılıb. Bu məktubun dövlətlərarası münasibətlər protokolu çərçivəsində bu cür təbriklərin vacibliyini qeyd edilsə də, milyarder onun bəhanəsini qəbul etməyib. Bildirilir ki, bu təbriklə Paşinyan növbəti dəfə Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, lakin növbəti dəfə də hər tərəfli uğursuzluğa məruz qalıb.

Hadisələrə geniş spektrdən nəzər saldıqda, vəziyyət müəyyən qədər aydınlaşır. Kimdir C.Soros? Əlbəttə, o,maliyyəçi və “narıncı inqilabların” sponsoru olaraq, əslində , həmişə ABŞ-ın dövlət və siyasi dairələrini təmsil edib. Deməli, bu kontekstdə C.Sorosun narazılığına həm də ABŞ-nin narazılığı kimi baxmaq daha doğru olardı.

Onu da xatırlatmaq yerinə düşər ki, ABŞ rəsmi Yerevan üçün təkcə “ideya generatoru” rolunu oynamayıb, həm də Paşinyanın hakimiyyətə gəlməsi üçün Ermənistandakı səfirliy vasitəsi ilə media və QHT-lərə dəstək məqsədi ilə külli miqdarda vəsait xərcləyib. Rus və erməni mediasında bu, eləcə də digər məqsədlər üçün xərclənən vəsaitin miqdarı da dəfələrlə açıqlanıb.

Və təbii ki, Qərbdə ümid edirdilər ki, Paşinyan bu vəsaitlərin əvəzində inqilab öncəsi verdiyi vədlərin hamısını yerinə yetirəcək və Ermənistanı Rusiyanın orbitindən tədricən uzaqlaşdıracaq. Qərbin böyük gözləntisinə və təəccübünə rəğmən, bu baş vermədi. Əksinə, bir müddət Rusiyaya, daha dəqiq deyilsə, Putinə doğru meyllənməyə başladı. Amma bu yaltaqlığı ilə Putin kimi güclü siyasətçini də aldada bilmədi.

İndi Paşinyan, necə deyərlər, iki od arasında qalıb. Amerika sürəkli olaraq , dolayı yolla “investisiyasını” geri tələb edir, Putin isə Paşinyanın dəridən-qabıqdan çıxmasına baxmayaraq, onu daim aralı, gərgin vəziyyətdə saxlayır.

Nəhayət, 12 iyul Tovuz hadisələrini Paşinyanın qələmini sındıran vacib bir amil kimi qiymətləndirmək mümkündür. İndi Tovuz fitnəkarlığında kimin- Qərbinmi, yoxsa Moskvanınmı əlinin olub-olmaması barədə mülahizələrin ardı-arası kəsilmir. Fərqi yoxdur-bu cinayətkarlığın arxasında kim durursa-dursun, onun Ermənistanla birlikdə çox böyük fiaskoya uğradığı göz qarşısındadır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qəti tədbirləri, şanlı ordumuzun cəsur həmlələri və qardaş Türkiyənin birmənalı dəstəyi nəticəsində xalqımızın düşmənlərinin Ermənistan üzərindən qurduqları məkrli niyyətlər darmadağın edilərək puça çıxarıldı.

Beləliklə, anti-Rusiya şüarları ilə iqtidara gələn Nikol Paşinyan baş nazir qismində fəaliyyəti ilə nə Qərbin sevimlisi ola bildi, nə də Kremlin etibarını qazandı. Odur ki, indi onun hər iki güc mərkəzinin çarpaz təzyiqi altında və hədəfdə olması təbiidir. Paşinyan ətrafında halqa daralır, ondan qəti bir seçim etmək tələb olunur.

Tovuzdakı biabırçı məğlubiyyətdən sonra artıq Qərb də, Rusiya da Paşinyanı işlənilmiş material, keçilmiş yol hesab edir. Bununla bağlı rus politoloqu Aleksey Fenekonun fikirləri ilə razılaşmamaq olmur:” Əslində bu, pis taktikadır, çünki tarazlaşdırma dönəmi keçib, indi sərt seçim vaxtıdır. Paşinyan tarazlığı davam etdirdiyini düşünməkdə ikən isə ölkədə ona qarşı çıxan gənclər böyüyür, rusiyapərəst elektorat üçün isə o, yada çevrilir. Soros Fondu, əlbəttə ki, elə bununla məşğuldur - Rusiya ilə əlaqələri tam qıracaq radikallar yetişdirmək. Bu da sizə İrəvanda hazırlanmaqda olan sadə fəlakət resepti...”

Fikirləri yekunlaşdıraraq bu nəticəyə gəlmək mümkündür ki, bu payız diletant, antixarizmatik, yalançı N. Paşinyanın hakimiyyət olimpində son payızı ola bilər. Cəmi iki il hakimiyyətdə duruş gətirməyi bacarmayan təsadüfi şəxsin tez bir şəkildə “taxt-taca” gətirilməsi bir daha onu təsdiq edir ki, Ermənistanın bir dövlət, bir toplum olaraq çox ciddi problemləri mövcuddür və onun buvəziyyətdən asanlıqla çıxacağı mümkün kimi görünmür...

Kamaləddin Qafarov,

Millət vəkili

Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub  - Səbəb "quş" qripi
Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Loading Bars
Xəbər lenti
Şəhid ailələri və qazilər üçün daha nələr nəzərdə tutulur? - "YAŞAT" Fondunun rəhbəri detalları açıqladı (VİDEOLAYİHƏ)
Müəllimlər vaksinasiya olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev
Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Bu peşə məktəbi artıq publik hüquqi şəxs oldu
Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdirinin işi məhkəməyə göndərildi
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Bakı-Ələt-Qazax-Gürcüstan magistralının 130 km-lik sonuncu hissəsi genişləndirilir (FOTO)
Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru və bir neçə vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Premium resort kompleksdə mənzil sahibi olmaq artıq daha asandır (FOTO)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcıları tələblərə əməl etməyə çağırır
Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir (FOTO/VİDEO)
Qubada yanacaqdoldurma məntəqəsi qarət edildi
Hindistanda "TikTok" qadağan olundu
Hərbçi və şəhid ailələrinə psixoloji yardıma xarici mütəxəssislər cəlb edilib - Nazir
2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib (FOTO/VİDEO)
6 kiloqram heroin dövriyyədən çıxarıldı
Azərbaycanda pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər
Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
Xaçmazda ev yanıb
Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir - Səfir
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub
ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma qeydə alınıb
Yanvarın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Türk şirkətlərinin Qarabağda tekstil sahəsinə yatırımları yeni iş imkanları yaradacaq - Ekspert
Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib
Karantin rejiminin yumşaldılması evlərin qiymətini artıra bilər
Hindistanda helikopter qəzaya uğrayıb, pilot həlak olub
Braziliyada koronavirusa yoluxanların sayı 8,87 milyon nəfəri ötüb
Livanda karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı 8 nəfər xəsarət alıb
Fransada ötən sutka koronavirusdan 445 nəfər ölüb
Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir
Kanadada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb
ABŞ Senatı Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib
Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər - BMT Baş katibi
Dünyada koronavirusa yoluxanların sayı 514 mindən çox artıb
Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfəri ötüb
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Bütün xəbərlər