...

Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısını təbrik edib

Siyasət Materials 31 Avqust 2020 15:35 (UTC +04:00)
Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti xanım Zuzana Çaputovaya təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti