...

Hikmət Hacıyev: Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münsibətləri yüksək səviyyədə davam edir

Siyasət Materials 3 Oktyabr 2020 17:55 (UTC +04:00)
Hikmət Hacıyev: Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münsibətləri yüksək səviyyədə davam edir

Bakı. Samir Əli - Trend:

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münsibətləri var və bu münasibətlər yüksək səviyyədə davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir.

Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürük ki, bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti