...

Azərbaycanın İtaliyadakı səfiri erməni parlamentarın cavabını verib

Siyasət Materials 3 Oktyabr 2020 20:34 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri erməni parlamentarın cavabını verib

Bakı. Trend:

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Radio Sparlamento” radiosunun RİSİKO verilişinin Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinə həsr olunmuş 30 sentyabr tarixli buraxılışında iştirak edib. Verilişdə, habelə italyan jurnalistlər Antonio Albanese və Graziella Giangiulio, eləcə də Ermənistan parlamentində İtaliya ilə dostluq qrupunun sədri Maria Karapetyan da iştirak edib.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, erməni deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırda baş verən hərbi əməliyyatlara dair cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan diplomatı münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər, münaqişənin sülh yolu ilə həlli istiqamətində ölkəmizin hər zaman göstərdiyi konstruktiv yanaşma, lakin Ermənistan tərəfindən danışıqların uzadılması və status kvonun saxlanılması cəhdləri, xüsusilə də son aylarda Ermənistanın davamlı təxribatçı addımları barədə ətraflı məlumat verib.

Diplomat 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni hərbi təcavüz cəhdləri və bunun qarşısını almaq istiqamətində Azərbaycan silahlı qüvvələrinin gördüyü cavab tədbirləri, hərb meydanında məğlub olmaqda olan erməni tərəfinin yeni təxribatlara əl atdığı və ölkəmizə qarşı yeni dezinformasiya kampaniyasına başladığını deyib və erməni tərəfinin yaydığı yalanları müvafiq arqumentlərlə ifşa edib.

Diplomat, eləcə də jurnalistlərin hərbi əməliyyatlar, münaqişənin həlli və aidiyyəti mövzuda digər suallarını cavablandırıb.

Radio verilişini aşağıdakı keçiddən dinləmək mümkündür: https://radiosparlamento.it/armenia-azerbaigianle-cause-del-conflitto/?fbclid=IwAR1Hklf_burs4_YOLaEIKGYk_nZP3NkVFor1E4JMduPcskOHH1SPTp6qJ9Y

Məqalədə:
Xəbər lenti

Xəbər lenti