...

Ermənistan humanitar yardım adı ilə mülki təyyarələrdən silah daşımaq üçün istifadə edir

Siyasət Materials 8 Oktyabr 2020 17:51 (UTC +04:00)
Ermənistan humanitar yardım adı ilə mülki təyyarələrdən silah daşımaq üçün istifadə edir

Bakı. Trend:

Ermənistan humanitar yardım adı ilə mülki təyyarələrdən silah daşımaq üçün istifadə edir.

Trend-in məlumatına görə, oktyabrın 3-dən 6-dək Ermənistan hökumətinin rəsmi təyyarəsi, 701 göyərtə nömrəli, Moskva-Yerevan marşrutu ilə hərəkət edən “Airbus 319” satın alınmış və ixrac üçün hazır olan hərbi məhsulun birinci hissəsini daşıyıb.

Tədarükün baş tutması üçün Ermənistanın baş nazir müavini Mger Qriqoryan oktyabrın 3-də Moskvaya birgünlük səfər edib.

Oktyabrın 4-də xarici işlər nazirinin müavini Şavarş Koçaryan Moskvaya gedib. Hər iki halda reyslər Beynəlxalq Mülki Aviasiya Təşkilatının normalarının və Gürcüstanın hərbi yüklərin daşınması qadağasının pozulması formasında baş tutub.

Ermənistan Moskva və Mineralnıe vodı şəhərlərinin yaxınlığında saxlanılan silahların qalan hissəsini də tədarük etməyə hazırlaşır. Bu silahlar arasında TOS-1A ağır odsaçan sistemlər (Solntsepyok), tank əleyhinə idarəolunun “Kornet” raket kompleksləri, bu kompleks üçün raketlər və digər silahlar yer alıb.

Gürcüstan və İranın hərbi yüklər üçün qapalı hava məkanı fonunda Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məqsədlər üçün mülki təyyarələrdən istifadə etmək qərarına gəlib.

Humanitar yardım adı altında həmin yüklərin mümkün daşıyıcıları qismində “Armenia Avia” və “Nord Star” kommersiya şirkətləri nəzərdən keçirilir. “Armenia Avia” artıq Dağlıq Qarabağ münaqişə zonasına pulsuz humanitar yükün çatdırılması planlarını elan edib.

Bundan başqa, oktyabrın 7-dən 9-dək gündə iki dəfə reys keçirməyi planlaşdıran “Atlantis Armenia Airlines” şirkətinin lisenziyası bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti