...

Rusiya və Azərbaycan arasında həmişə yaxşı münasibətlər olub - Deputat

Siyasət Materials 13 Oktyabr 2020 13:30 (UTC +04:00)
Rusiya və Azərbaycan arasında həmişə yaxşı münasibətlər olub - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiya ilə münasibətlər həmişə Azərbaycan üçün önəmli olub. Tarixən qonşu olmuşuq, bir çox məsələlərdə birgə çətinliklərimiz, birgə uğurlarımız olub. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, istənilən məsələ hər iki ölkənin milli maraqlarının qorunması, ümumi nəticələr əsasında həll edilib:

"Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Azərbaycan üçün həmişə mühüm olub.

Son günlərdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Moskva Yerevanın avantürasına qoşulmayıb və Azərbaycan həqiqətlərini nəzərə alaraq bu məsələyə ən yüksək səviyyədə münasibət bildirib.

Rusiya və Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin marağındadır, bu, hər iki cəmiyyətin sosial sifarişidir. Bu yaxınlarda sorğu mərkəzlərindən biri Rusiyanın dostlarını müəyyənləşdirmək barəsində rəy sorğusu keçirib və ilk beşlikdə Azərbaycanın adı var. Bunun özü göstərir ki, Rusiya vətəndaşları Azərbaycanı Rusiyanın dostu sayır.

Bu münasibətlərin bünövrəsi möhkəmdir, əbədidir, həmişə möhkəm olacaq. Bu əlaqələrin möhkəm olmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri var, cənab Prezident İlham Əliyev bu münasibətlərə yüksək qiymət verir və əməkdaşlığın yüksək səviyyədə saxlanması üçün böyük əmək sərf edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti