...

Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev (FOTO)

Siyasət Materials 22 Oktyabr 2020 10:59 (UTC +04:00)
Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev (FOTO)

Bakı. Trend:

Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

H.Hacıyev deyib: “Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti