...

Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat

Siyasət Materials 26 Oktyabr 2020 17:26 (UTC +04:00)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Müharibənin ilk günündən Ermənistan iqtisadiyyatı buna reaksiya verməyə başladı. Müharibənin ilk günlərində Ermənistanda milli valyutanın dəyərsizləşməsi müşahidə olundu.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, müharibə davam edəcəyi müddətdə Ermənistanda istehlak qiymətlərinin artması və buna uyğun olaraq inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alınıb: “Bu yaxınlarda Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq Ermənistanın xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul etdi. Burada əsas məqsəd o idi ki, Ermənistan daha çox xarici borclanmaya gedərək ölkədə mövcud olan sosial-iqtisadi problemləri müəyyən qədər səngitməyə çalışsın, amma təbii ki, bazar və Ermənistan iqtisadiyyatı buna reaksiya verir. İstehlak bazarında müşahidə olunan qiymət artımları da ondan xəbər verir ki, ölkə iqtisadiyyatında ciddi problemlər müşahidə olunur.

Qarşıdan gələn dövrdə də Ermənistanda qiymət artımlarının davam edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Ermənistan üçün post-savaş dövrü iqtisadi baxımdan kifayət qədər ağır dövr olaraq qiymətləndirilir, beynəlxalq agentliklər Ermənistanın kredit reytinqini azaldır, bu da o deməkdir ki, növbəti dövrlərdə Ermənistan iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik. İstahlak qiymətlərinin və inflyasiya səviyyəsinin artması Ermənistanda yoxsullq həddinin daha da dərinləşməsinə gətirib çıxaracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti