...

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb

Siyasət Materials 29 Oktyabr 2020 10:32 (UTC +04:00)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini "Smerç" yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub:

"Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Sivil insanları hədəf alaraq, onlara ağır artilleriyadan atəş açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı böyük təhlükə və cinayətdir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki əhalisinə qarşı yönələn bu hücumları kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini günahsız insanların qətl edilməsinə səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa çağırır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir, yaralılara acil şəfalar diləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti