...

Bütün milli məsələlərdə Türkiyənin daim Azərbaycanı dəstəkləməsi bizə qürur verir - Deputat

Siyasət Materials 4 Noyabr 2020 15:31 (UTC +04:00)
- Deputat
Bütün milli məsələlərdə Türkiyənin daim Azərbaycanı dəstəkləməsi bizə qürur verir - Deputat

Bakı. Ceyhun Ələkbərov - Trend:

Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir dövlət yoxdur.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğunun qədim tarixi var:

“Biz bir millət, iki dövlət deyimini reallıqda da göstərə bilirik. Türkiyənin daim Azərbaycanı bütün milli məsələlərdə dəstəkləməsi, yanında olması bizə qürur verir və bu, qardaşlığın ən yüksək səviyyəsidir. Eyni münasibəti də Azərbaycan bu gün qardaş dövlətə bəsləyir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın 27 sentyabr tarixindən başlayaraq Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsi uğrunda atdığı addımlar bütün bəşəriyyətin diqqətini cəlb edib:

“Bu məsələdə dünyanın mütərəqqi qüvvələri bu gün Azərbaycanın yanındadır. Türkiyə də Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın mövqeyini dəstəkləyib. Qardaş dövlətin hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etməsi heç vaxt yaddan çıxmır. Eyni zamanda, bu tarixi günlərində Türkiynin mənəvi və siyasi dəstəyi Azərbaycan üçün kifayət qədər yetərlidir”.

Deputat əlavə edib ki, Azərabcyan Silahlı Qüvvələri bu gün öz gücü və göstərdiyi rəşadəti ilə ölkəmizin ərazi bütövlüyünü təmin edir:

“Azərbaycan kiçik bir dövlət olsa da özü öz problemini necə həll etdiyinin nümunəsini göstərir. Şübhəsiz ki, Türkiyənin bu məsələdə mənəvi və siyasi dəstəyi Azərbaycan üçün çox qiymətlidir. Bu dəstəyə görə Türkiyə xalqına və onun rəhbərliyinə öz minnətdarlığımızı bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti