...

Azərbaycanın dini liderləri Qarabağdakı "dini qarşıdurma" ittihamlarına cavab verdilər - "Newsweek"in məqaləsi

Siyasət Materials 5 Noyabr 2020 21:45 (UTC +04:00)
Azərbaycanın dini liderləri Qarabağdakı "dini qarşıdurma" ittihamlarına cavab verdilər - "Newsweek"in məqaləsi

Bakı. Trend:

Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində başlayan hərbi əməliyyatları dini müharibə kimi təqdim edənlərə cavab veriblər.

Trend-in məlumatına görə, Amerikanın "Newsweek" nəşrində hər üç din xadiminin müəllifi olduğu "Qarabağın gələcəyi naminə birləşmək" adlı məqalə dərc edilib.

Məqalədə deyilir: "Biz, Azərbaycanın yəhudi, xristian-pravoslav və müsəlman icmalarının dini liderləri, dünya mətbuatında ölkəmizin "xristianların təhdid altında olduğu müqəddəs müharibəyə" qoşulduğu barədə məlumatlara cavab verməyə qərar verdik".

Qeyd olunur ki, başqaları Ermənistanla Azərbaycan arasındakı kəskin qarşıdurmaya nə qədər dini məna verməyə çalışsalar da, bu qarşıdurmanın dini mahiyyəti yoxdur və Azərbaycan "işğalçı müsəlman ölkəsi" rolunu oynamır:

"Biz aşkenazi yəhudilərinin ənənələrinin, katolik, pravoslav və erməni ənənələrinə sahib olan xristianların olduğu çoxmillətli bir ölkəyik. Hətta islam təkcə bir qolu ilə təmsil olunmur, vətəndaşlarımız arasında sünnilər də, şiələr də var.

Sözsüz ki, Ermənistan xristian ölkəsidir. 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına səbəb olan münaqişə zamanı əksəriyyəti müsəlman olmaqla 300 mindən çox azərbaycanlı Ermənistandan qaçqın olub.

Bu müharibədə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilib, 700 000 azərbaycanlı bu torpaqlardan qovulub.

Azərbaycan işğalçı rolunu oynamır. Azərbaycanın təklif etdiyi həll yolu Dağlıq Qarabağda yaşayanları qovmaq deyil, vaxtilə bu torpaqlardan qovulanları oraya qaytarmaqdır. Bizim ölkəmiz sülh şəraitində yaşamaq istəyən müxtəlif dinlərin nümayəndələrinə qanuni sərhədləri daxilində muxtariyyət şansı verir".

Məqalədə deyilir ki, keçən həftə Erməni Apostol Kilsəsinin dörd patriarxından biri, Baş yepiskop Sahaq, Qafqazdakı faciəli hadisələrin dinlərarası qarşıdurma olmadığını təsdiqlədi.

Məqalədə bildirilir: "Dini siyasət alətinə çevirmək və dinləri bir-birinə qarşı düşürməyə cəhd etmək təhlükəlidir.

Siyasətçilərdən bu cür hərəkətləri dayandırmağı və yenidən nəzərdən keçirmələrini xahiş edirik. Onlar nə etdiklərini bilmirlər. Xristian, müsəlman və başqa bir çox dinlərin təmsilçilərinin yaşadığı zəngin və yoxsul ölkələr var. Ancaq unutmamalıyıq ki, Uca Tanrı qarşısında hamımız bərabərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti