...

Nikol Paşinyan ruhi xəstədir, Ermənistanı fəlakətə sürükləyir - Pyotr monastırının erməni keşişi

Siyasət Materials 6 Noyabr 2020 10:21 (UTC +04:00)
Nikol Paşinyan ruhi xəstədir, Ermənistanı fəlakətə sürükləyir - Pyotr monastırının keşişi Ruben Mkrtçyan
Nikol Paşinyan ruhi xəstədir, Ermənistanı fəlakətə sürükləyir - Pyotr monastırının erməni keşişi

Bakı. Trend:

Nikol Paşinyan ruhi xəstədir, müalicəyə ehtiyacı var. O, Ermənistanı fəlakətə sürükləyir.

Trend-in məlumatına görə, bunu Moskvadakı Müqəddəs Pyotr monastırının keşişi Ruben Mkrtçyan sosial şəbəkələrdə etdiyi paylaşımda deyib.

Keşiş bildirib ki, Qarabağdakı savaşa baxın... Ermənistanda kimsə acı həqiqətləri dinləmək, etiraf etmək istəmir:

"Paşinyanı hakimiyyətə gətirənlər onun psixikasında ciddi problemlər olduğunu bilirdilər. İndi bunu biz də bilirik. Belə nöqsanları olan insan heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz, tutmamalıdır. Əfsuslar olsun ki, Ermənistanda hələ də bəziləri Nikolun nə isə edə biləcəyinə inanırlar. Onlara zaman lazımdır ki, anlasınlar. Nikolsuz daha az itkilərimiz olacaq. Nikol getməlidir".

Xəbər lenti

Xəbər lenti