...

Avstriyada Vyana terrorunun qurbanları anılıb

Siyasət Materials 10 Noyabr 2020 13:32 (UTC +04:00)
Avstriyada Vyana terrorunun qurbanları anılıb

Bakı. Trend:

“Azer Der” Cəmiyyəti Avstriyada fəaliyyət göstərən türk icmaları ilə birlikdə Vyana şəhərində törədilmiş teror qurbanlarının xatirəsini yad edib. Tədbir iştirakçıları şəhərin mərkəzində yaradılmış anım guşəsinə gül dəstələri qoyaraq terroru pisləyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, diaspor nümayəndələri bildiriblər ki, dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq terror aktları yolverilməzdir və ağır cinayət sayılır. Həmvətənlərimiz həmçinin işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktları barədə də şəhər sakinlərini məlumatlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti