...

Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici mediaya qarşı erməni təcavüzü davam edir

Siyasət Materials 14 Noyabr 2020 15:16 (UTC +04:00)
Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici mediaya qarşı erməni təcavüzü davam edir

Bakı. Trend:

Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir. Ən qəribəsi də odur ki, bu yolverilməz hallar əsasən Avropa ölkələrində yaşanır.

Trend-in məlumatına görə, bu barədə Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri barədə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin hesabatında deyilir.

Qeyd edilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 93 mülki şəxsin həlak olmasına səbəb olmuş, 407 mülki şəxs yaralanıb.

Gecə saatlarında Gəncə və Bərdə şəhərlərinin ballistik raketlərlə bombalanması nəticəsində 53 mülki şəxs həlak olmuş, 245 nəfər yaralanıb.

Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb. Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərirlər. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.

Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olub və bu haqda obyektiv reportaj hazırlayıb.

Beyləqan və Füzuli rayonlarında olarkən, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təmsilçisi olaraq mən də xanım Budulun və onu müşayət edən operatorun fəaliyyətini müşahidə etmişəm. O, cəsur, peşəkar və işini sevən bir jurnalistdir.
TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və Azərbaycan əsgərləri ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar. Reportajda əllərində Azərbaycan və Türkiyə bayrağı olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval ruhiyyəsində olduğu əks olunub. Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib. Ölənlər və yaralananlardan danışılıb. Ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.

Reportajın linki: https://www.youtube.com/watch?v=tZCRfq8eoZo

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib.Erməni bombardımanı nəticəsində uşaq və qadın olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını vurğulayıb.

TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan 3 dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxardıb.

Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalının qarşı total hücum və təzyiqlər edib və jurnalisti ölümlə hədələyiblər. Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu «genosid törədənlərin fahişəsi» kimi qələmə veriblər. Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri Papazyan öz twitter səhifəsindən cəbhə bölgəsindən ədalətli reportaj təqdim edən televiziyaya qarşı kütləvi etirazlara çağırışlar edib. Hətta kanalın boykot edilməsi barədə təkliflər irəli sürülüb.

Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalıb. Bununla belə kanala qarşı etirazlar hələ də davam edir.

Hətta TF1 kanalının rəhbər şəxslərindən bəzilərinin ermənilər tərəfindən başlarının kəsilməsi təhdidi ilə üzləşdiyi bildirilir. "Sərhədsiz Reportyorlar" Təşkilatı reportajın müəllifi olan jurnalistin kəskin tənqid olunduğunu və ona qeyri-etik, nifrət dolu mesajlar göndərildiyini bildirib və bu hadisəni qınayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti