...

Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat

Siyasət Materials 23 Noyabr 2020 12:21 (UTC +04:00)
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Erməni işğalından azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin, vandalizminin daha bir bariz nümunəsidir. Erməni vandalları gözəl şəhərlərimizi, kəndlərimizi xarabaxanaya çevirib. Həmin ərazilərimizdən görüntülərə baxarkən sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaranır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildrib ki, erməni barbarları təbiətimizə, mədəniyyətimizə, tariximizə qarşı da qeyri-insani davranışlarından geri qalmayıblar: “Bütün bunlar onu göstərir ki, erməni barbarları təkcə xalqımıza qarşı etnik təmizləmə həyata keçirməyiblər, eyn zamanda mədəniyyətimizə, tarximizə qarşı etnik təmizləmə aparıblar, o cümlədən ekoloji fəlakət törədiblər. İşğal edilmiş ərazilərimizdə mədəni və tarixi abidələrimizi məhv ediblər, tariximizi silməyə çalşıblar.

Düşmən o qədər acgöz olub ki, işal altında olan ərazilərimizdə evlərin az qala daşlarını da söküb aparıblar, apara bilmədiklərini isə dağıdıblar. Bununla yanaşı təbiətə, ekologiyaya qarşı da vəhşiliklər törədiblər. Ağaclar belə məhv edilib, yaşıllıq ərazilər indi sanki bir səhraya çevrilib. Erməni vandalları həyat üçün faydalı, lazımlı nə varsa hamısını məhv ediblər. Bu təkcə bir xalqa qarşı düşmənçilik deyil, bu, insanlığa, bəşəriyyətə qarşı düşmənçilik, nifrətdir. Müasir dövrdə yaşayan insanların necə bu cür vəhşiliklər törətməsini təsəvvür etmək çox çətindir. Ermənilər ibtidai qəbilə təfəkkürü ilə davranıblar, işğal olunmuş ərazilərimizdə qarşılarına nə çıxıbsa dağıdıblar, talayıblar, məhv ediblər.

Ermənilər 10 noyabr bəyanatına əsasən, işğal edilmiş ərazilərimizdən çıxarkən də dünya qarşısında öz vəhşiliklərini nümayiş etdirməkdən çəkinmirlər, evləri, meşələri yandırırlar, ağacları acgözlüklə kəsirlər, bütün güclərini qeyri-insani əməllər törətməyə sərf ediblər. Bütün bunlarla kifayətlənməyən mənfur düşmən həmin ərazilərimizdə bundan sonrakı həyat üçün də böyük təhlükələr qoyublar, həmin ərazilərdə saysız minalar basdırıblar, ağılagəlməz yerlərdə partlayıcılar yerləşdiriblər. Məqsəd isə aydındır - mülki insanlarımızı qətlə yetirmək, didərgin düşmüş insanlarımızın doğma torpaqlarına qayıtmaları üçün təhlükə yaratmaq. Ermənilərin hər bir hərəkətində bir vəhşilik, bir vandallıq müşahidə edilir”.

Deputat bildirib ki, ermənilərin bu əməlləri cavabsız qalmayacaq: “Ermənilər elə düşünürlər ki, onların bu vəhşilikləri cavabsız qalacaq. Lakin onlar yanılırlar. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Artıq həmin ərazilərdə fiziki olaraq qiymətləndirmə aparmaq imkanlarımz var. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi həmin ərazilərdə qiymətləndirmə işləri aparılacaq, ermənilərin vurduğu ziyanlar, törətdiyi vəhşiliklər qiymətləndiriləcək və Ermənistandan təzminat tələb olunacaq. Qoy ermənilər bilsinlər ki, onların xalqımıza qarşı törətdiyi heç bir əməl cavabsız qalmayacaq, necə ki, onları işğal edilmiş ərazilərimizdən qovduq, eləcə də bu vəhşiliklərinin bədəlini ödətdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti