...

Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi - Ərdoğan

Siyasət Materials 9 Dekabr 2020 14:09 (UTC +04:00)
Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi - Ərdoğan

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib.

O, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:

"Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı dalğalanır. Biz ilk gündən Azərbaycanı dəstəkləmişik".

O bildirib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək:

"Sabah biz Azərbaycan xalqının sevincini bir yerdə bölüşəcəyik."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti