Azərbaycanın Gürcüstandakı Səfirliyi Ulu Öndər Heydər Əliyevə həsr olunan beynəlxalq videokonfrans keçirib (FOTO)

Azərbaycanın Gürcüstandakı Səfirliyi Ulu Öndər Heydər Əliyevə həsr olunan beynəlxalq videokonfrans keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan Respublikasından aşağıda qeyd olunan şəxslər iştirak edib:

- Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini - Xələf Xələfov;

- Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri - Faiq Quliyev;

- AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun həmsədri, deputat - Arzu Nağıyev;

- AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü, deputat - Əminə Ağazadə;

- AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü, deputat - Məzahir Əfəndiyev;

- GUAM Parlament Assambleyasında AR nümayəndə heyətinin rəhbəri, deputat - Elnur Allahverdiyev;

- AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini – Vaqif Seyidbəyli;

- Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olmuş, hal-hazırda AR-in Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri - Hidayət Orucov;

- “SOCAR Georgia”-nın baş direktoru - Mahir Məmmədov;

- Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu – Pərviz İsmayılzadə.

Konfransda Gürcüstandan aşağıda qeyd olunan şəxslər iştirak edib:

- Gürcüstan Xarici İşlər nazirinin müavini - Laşa Darsalia;

- Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri – Zurab Pataradze;

- Gürcüstan Parlamentinin vitse-spikeri, Azərbaycanla dostluq qrupunun həmsədri, GUAM Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri - Kaxa Kuçava;

- Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin rəhbəri – Marine Narçemaşvili;

- Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələrlə Əlaqələr Departamentinin rəhbəri – Malxaz Mikeladze;

- Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu – Nikoloz İaşvili;

- Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyinin Kvemo-Kartli regionu üzrə nümayəndəsi – Ayaz Məmmədov;

- Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri – Tamuna Kolbaya;

- Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələrlə Əlaqələr Departamentinin üçüncü katibi – Medea Tamazaşvili.

Konfransı açılış nitqi ilə açan Səfir Faiq Quliyev, Səfirliyin təşəbbüsünə qoşularaq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bir araya gələn konfrans iştirakçılarına təşəkkür etmişdir. O, Azərbaycan xalqının Ümummilli Liderinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında əvəzsiz xidmətlərindən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iki dost və qardaş ölkələrin münasibətlərinin daha da genişləndiyinə vurğu edib.

Daha sonra konfransın fəxri qonağı qismində çıxış edən Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Ümummilli Lider Heydər Əliyevin Gürcüstanla əlaqələrə verdiyi önəmdən söz açaraq, iki dövlət arasında əlaqələrin təməlini Ulu Öndərin Gürcüstana ilk rəsmi səfərində qoyulduğuna vurğu etmişdir. X.Xələfov Azərbaycan Respublikasının öz ərazilərini Ermənistan işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanın verdiyi dəstək və göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirmişdir.

Sonra çıxış edən konfransın digər fəxri qonağı Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Ulu Öndər Heydər Əliyevin Gürcüstanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında danılmaz rolunun olduğunu, iki ölkə arasında dost və qonşuluq münasibətlərinin hal-hazırda da yüksələn templə inkişaf etdiyini bildirmişdir. L.Darsalia Gürcüstanın daim Azərbaycanın yanında olacağını, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafı üçün atdığı təməlin Prezident İlham Əliyev ilə Gürcüstanın hazırkı rəhbərliyinin qoruyub və daha da mökəmləndirəcəyinə əminliyini çatdırmışdır.

Daha sonra konfrans plenar iclas ilə öz işinə davam etmişdir. Plenar iclasda çıxış edənlər: Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri - Zurab Pataradze, AR-in Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini – Vaqif Seyidbəyli; Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olmuş, hal-hazırda AR-in Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri - Hidayət Orucov; Gürcüstan Parlamentinin AR Milli Məclisinin dostluq qrupunun həmsədri, GUAM Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri - Kaxa Kuçava; AR Milli Məclisinin Gürcüstan Parlamenti ilə dostluq qrupunun həmsədri - Arzu Nağıyev; “SOCAR Georgia”-nın baş direktoru - Mahir Məmmədov; GUAM Parlament Assambleyasında AR nümayəndə heyətinin rəhbəri - Elnur Allahverdiyev; AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü - Əminə Ağazadə; Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu – Pərviz İsmayılzadə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə Gürcüstan arasında ziddiyyətlərin aradan qalxdığı, xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiyanın həyata keçirildiyi bildirilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında bağlanan müqaviləyə əsasən siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələrində yeni mərhələyə qədəm qoyulduğu bildirilmişdir.

Çıxış edənlər ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə iki dövlətin həmişə eyni mövqedən çıxış etməsini vurğulanmışlar.

Konfrans iştirakçıları ikitərəfli münasibətlərin Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlamasına vurğu etmişlər.

İştirakçılar Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq əlaqələrinin hal-hazırda uğurla davam etdiyini qeyd edərək, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin Gürcüstanla Azərbaycanı birləşdirən amillər olduğuna diqqət çəkmişlər. Həmçinin, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar daxilində əməkdaşlığın ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirdiyini vurğulamışlar.

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in Sammiti çərçivəsində imzalanan "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında" Sazişin region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım olmasına diqqət çəkmişlər.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iki dost və qonşu ölkələrin strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndiyinə vurğu etmişlər.

Daha sonra iştirakçılar konfransın yekununa dair müzakirələr aparmış, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldılmasından sonra Ulu Öndər Heydər Əliyev ilə bağlı növbəti konfransın Tbilisi şəhərində keçirilməsini təklif etmişlər.

Konfransın sonunda Səfir Faiq Quliyev yekun nitq ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətlə yanaşıb Səfirliyin keçirdiyi beynəlxalq konfransda iştirak edən şəxslərə minnətdarlığını bildirmiş, növbəti konfransın Tbilisi şəhərində keçirilməsi üçün Səfirlik tərəfindən lazımi hazırlıqların görüləcəyini qeyd etmişdir.

Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Loading Bars
Xəbər lenti
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib
Zəfər xronikası 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Türkiyə kəşfiyyatçıları İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib
Azərbaycanla İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəsini qazanıb
Milli Məclisin sədri ATƏT PA-nın sədri ilə görüşüb (FOTO)
Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)
Putin Qarabağla bağlı açıqlama verdi
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Bütün xəbərlər