...

Prezident İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

Siyasət Materials 18 Dekabr 2020 18:26 (UTC +04:00)
Prezident İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

Trend xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirildi.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti