...

Ordumuzun şanlı qələbəsini ermənilər tərəfindən maliyyələşənlər həzm edə bilmir - Deputat

Siyasət Materials 22 Dekabr 2020 11:42 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv oldular. Həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə olan düşmənlərə qarşı informasiya müharibəsində öndə getdilər. Trend-in məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov Azərbaycana qarşı əks-mövqedə dayanan insanlarla bağlı da fikir bildirib:

“Azərbaycan ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir. O baxımdan da onlar sakit dayana bilmirlər. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti