...

Kadr siyasəti rüşvətxorluq və korrupsiya ilə mübarizəyə mühüm töhfə verib - Deputat

Siyasət Materials 10 Yanvar 2021 11:57 (UTC +04:00)
Kadr siyasəti rüşvətxorluq və korrupsiya ilə mübarizəyə mühüm töhfə verib - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Kadr siyasəti ümumdövlət siyasətinin əsas sütunlarından biridir. Obyektiv xarakterə malik olan bu siyasət hər bir sivil cəmiyyətin inkişafında mühüm rol oynayır.

Bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, çağdaş dövrdə dövlət idarəçiliyi ilə dövlət qulluğunun, dövlətin sosial-iqtisadi inkişaf problemlərinin həllini səmərəli təmin edə biləcək yeni nəsil peşəkar, səriştəli dövlət qulluğu bazasının formalaşdırılması və təkmilləşdirilməsi məsələsi artıq öz həllini tapıb.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu kadr siyasəti nəticəsində məmur vətəndaş münasibətlərində mühüm nailiyyətlər əldə olunub.

İ.Yusifov bildirib ki, aparılan uğurlu kadr siyasəti rüşvətxorluq və koorrupsiya hallarına qarşı mübarizə sahəsində də ciddi uğurlar əldə etməyimizə zəmin yaradıb:

"Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş çıxışında qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi. Prezident həmçinin qeyd edib ki, heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.

Ötən il bir neçə icra hakimiyyətinin başçısı, eləcə də nazirliklərin məsul işçilərinin rüşvət və korrupsiya əməlləri ifşa edildi. Həmin şəxslər dərhal vəzifədən uzaqlaşdırıldı. Bu kimi hallar təbii ki, Azərbaycanın beynəxalq imicinə də müsbət təsir edən amillərdəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti