Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək - Vüqar Rəhimzadə

Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək - Vüqar Rəhimzadə

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyulması ilə öz tarixi sahibinə qayıdan ərazilərimizdə əsas prioritetlərdən biri quruculuq və bərpa işlərinə başlanılması oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cənnət məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir. Bugünlərdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı. Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir. Füzuli-Şuşa avtomobil yolu müasir standartlara cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq. Belə ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli aeroportu ilə əlaqələndiriləcək və bu magistraldan İsa bulağına yeni yol çəkiləcək. Qarabağın döyünən ürəyi kimi dəyərləndirilən Şuşanın əvvəlki gözəlliyi daha da yeniləşdirilmiş şəkildə özünə qaytarılacaq.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu il Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur: “Artıq ölkə vətəndaşları, həmçinin xarici qonaqlar, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ biləcəklər. Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılması ilə bağlı tapşırıqlar verilib. Bu isə öz növbəsində dünyanın istənilən guşəsindən Şuşaya rahat gedişi təmin edəcək. Dövlətimizin başçısı İlham Əliyevin Şuşaya doğru yolunu davam etdirərkən söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Yolumuza davam edirik. Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur.”
“Ümumiyyətlə, Qarabağın yeni yaradılacaq avtomobil, hava və dəmiryol infrastrukturu bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq” söyləyən baş redaktor bildirib ki, hər hansı bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsi çox böyük əhəmiyyət kəsb edir: "Son 17 ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas məqsəd kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin yol infrastrukturunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində atdığı addımların müsbət nəticəsidir ki, Azərbaycan bu sahədə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz liderliyini qoruyur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan inkişaf etməkdə olan 74 ölkə arasında infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə ilk olaraq müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması xüsusi önəm daşıyır. Bölgədə Füzuli Beynəlxalq Hava Limanından başqa, daha bir beynəlxalq hava limanının inşası da nəzərdə tutulub ki, bu da ya Kəlbəcər, ya da Laçın rayonlarının ərazisində olacaq. Bu ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi Azərbaycanın reytinq cədvəlində yerinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Bir sözlə, Azərbaycanın imkanlarını genişləndirmək və ölkəmizin inkişaf dinamikasını artırmaq üçün bütün bu işlərin daha fəal, məqsədyönlü şəkildə aparılması nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan İşçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Bu işlərin reallaşdırılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub".

Baş redaktor vurğulayıb ki, bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması da olduqca əhəmiyyətlidir: “Əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə investisiyaların cəlb edilməsini, bu sahədə dövlət-özəl investisiya əməkdaşlığının inkişafını təmin edən, eləcə də xarici və daxili investisiyaların cəlb edilməsi ilə bağlı zəruri təşviqat işlərini həyata keçirməkdir. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Bu bölgəyə həyat qayıtdıqdan sonra turizm sektoru da inkişaf edəcək. Pandemiyadan sonra bərpa ediləcək beynəlxalq turizm sərgiləri bir daha Qarabağ bölgəsinin turizm potensialının təqdimatına öz töhfəsini verəcək. Qarabağ potensial imkanları ilə Azərbaycanın iqtisadi inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini də özünə cəlb edəcək. İqtisadiyyatın şaxələndirilməsi daha da sürətlənəcək, Azərbaycan həmişə olduğu kimi, gələcəkdə də ortaya çıxan hər bir çətinliyi iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində aradan qaldıracaq".

Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Loading Bars
Xəbər lenti
Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
Azərbaycanda 7 minə yaxın əcnəbi təhsil alır
Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi
YAP-ın sədr müavini kollektivə təqdim olunub (FOTO)
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)
Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"
Paşinyan istefa verir? - Şərt kəsildi
Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Polis heroin alverçilərinə qarşı əməliyyat keçirdi, 16 kiloqram narkotik aşkarladı (FOTO/VİDEO)
Sevdiyi qız oğlanın üzərinə spirt töküb yandırıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Aİ şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçib
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Bütün xəbərlər