...

20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak

Siyasət Materials 20 Yanvar 2021 14:29 (UTC +04:00)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak

Bakı. Cani Babayeva, Orxan Nəbiyev - Trend:

1990-cı il 20 yanvar faciəsi dəhşətli və qorxunc hadisədir.

Bunu Trend-ə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

O bildirib ki, həmin hadisələri hər kəs xatırlayır:

"O vaxt şəhərdə olan bakılılar həmin dəhşəti xatırlayır. Heç kim gözləmirdi ki, ölkənin ordusu şəhərə daxil ola və dinc sakinləri atəşə tuta bilər. 1990-cı il 20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü. Faciədən əvvəl heç kimin şəhəri tərk etmək fikri yoxdu, amma həmin hadisələrdən sonra bir çox bakılı dünyaya səpələndi".

L.Spivak əlavə edib ki, "Azİz" Beynəlxalq Assosiasiyası hər il İsraildə "Qara yanvar" faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti