...

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

Siyasət Materials 21 Yanvar 2021 12:54 (UTC +04:00)
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılır.

Trend-in məlumatına görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək.

Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələri ilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır. Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti