Füzuli hava limanı - Böyük qayıdış üçün vacib prioritet

Füzuli hava limanı - Böyük qayıdış üçün vacib prioritet

Bakı. Alpər Ziya - Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində "Füzuli Beynəlxalq Hava Limanının tikintisi" layihəsi üzrə tikinti işlərinə artıq start verilib. Hazırda bu istiqamətdə işlər sürətlə aparılır və ərazi minalardan təmizlənir.

Dünən bir qrup yerli media təmsilçisi tikintinin aparıldığı əraziyə ezam edildi və orada görülən işlərlə yerindəcə tanış oldular. Məlumat verildi ki, hava limanında aerovağzal binası, 3000x45 metr ölçüdə uçuş enmə zolağı, peron, yönəldici yol, uçuş enmə zolağının işıq siqnal sistemləri, transformator yarımstansiyalarının tikintisi və köməkçi binalar tikiləcək.

Böyük qayıdış üçün vacib prioritet

Artıq Füzuli Beynəlxalq Hava Limanının ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Ərazinin minalardan təmizlənməsinin sürətlənməsi məqsədilə İngiltərə istehsalı olan "AARDVARK" modelli mexanizm alınaraq əraziyə gətirilib. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işlərinə başlanıb.

Təbii ki, Füzulidə hava limanının inşasının timsalında işğaldan azad olunmuş ərazilərimizdə yeni, müasir kommunikasiyaların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir.

Bilirsiniz ki, dördzolaqlı Füzuli-Şuşa avtomobil yolunun tikintisinə də start verilib, həmçinin dəmir yolunun tikintisinin layihələndirilməsi işləri davam etdirilir. O cümlədən, işğaldan, azad olunmuş ərazilərimizdə hava nəqliyyatının da işləməsi üçün infrastrukturun formalaşdırılması işlərinə start verilib. Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarının ərazisində də hava limanının tikintisinin aparılması üçün yerin seçilməsinə tapşırıq verib və bu istiqamətdə işlər davam etdirilir.

Füzuli hava limanının siyasi və iqtisadi əhəmiyyəti

Füzuli hava limanının tikintisinin də qısa bir zamanda həyata keçirilərək istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənlərə göstəririk ki, biz bu ərazilərimizə qayıtmışıq və məqsədimiz bu ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir. Hava limanı və digər sosial infrastrukturu yenidən qurmaqla torpağımızın hər qarışının bizə əziz olduğunu nümayiş etdirirk.

Bu layihənin iqtisadi əhəmiyyəti də olduqca vacibdir. Çünki bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq. Həm də bu ərazilər gözəl təbiəti, qədim tarixi abidələri ilə zəngindir.

Bundan başqa, Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq.
Bilirsiniz ki, bərpa olunacaq şəhərlərdə erməni vandalizminin qurbanı olan dağılmış şəhərlərin qalıqlarından ibarət açıq səma altında muzeylər yaradılacaq. Gələcəkdə Şuşada Vaqifin poeziya günləri və digər beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər keçiriləcək. Füzuli aeroportunun istifadəyə verilməsi bu ərazilərə səfər edəcək xarici qonaqların və turistlərin gediş-gəlişini rahatlaşdıracaq.

Beynəlxalq daşımalar rahatlaşacaq

Digər tərəfdən, biz ermənilərin Qarabağ torpaqlarında törətdikləri vəhşilklərini dünya ictimaiyyətinə real faktlarla təqdim etməliyik. Xarici qonaqları, beynəlxalq təşkilatların nümayəndələrini bu ərazilərimizə dəvət edəcəyik və erməni vandallığı ilə canlı şəkildə tanış olmaqlarına şərait yaradacağıq. Xaricilər Şuşaya gələrək həqiqətən buranın ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu görəcəklər.

Həmçinin, aeroportun bu ərazidə olması oranın sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Çünki bu ərazilərimizdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi və istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələləri gündəmə gələcəkdir. Aeroportun məhz bu ərazidə olması beynəlxalq daşımaları rahatlaşdıracaq.

Ümumiyyətlə, əminliklə demək olar ki, tikilməkdə olan Füzuli aeroportunun digər infrastruktur layihələri kimi işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, bərpası və tanıdılmasında xüsusi rolu olacaqdır.

İşğaldan azad edilmiş bölgələrin inkişafı üçün önəmli layihə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyanda bu limanın vacib əhəmiyyətindən də danışdı. "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər" – deyə, dövlət başçısı qeyd etdi.

Beləliklə, Prezident İlham Əliyevin də dediyi kimi, böyük qayıdış başlayır. Düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
Loading Bars
Xəbər lenti
Hətta Suriyanın Homs şəhərində bu qədər əhatəli dağıntıları görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR
Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq
Gəncədə yük avtomobili yanıb
Qərbi Azərbaycandakı 8000 abidəmizin çoxunu ermənilər dağıdıb (FOTOFAKT)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Bakıda avtomobil təmiri sexi yanıb
ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)
İsveçrə sakini lotereyada 210 milyon avro qazandı
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb
Tereza Mey koronavirusa qarşı peyvənd olundu
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir
İsraildə koronavirusa yoluxanların sayı 770 min nəfərə çatır
Azərbaycan mətbəxi ABŞ mediasının diqqət mərkəzində (FOTO)
Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb - ÜST
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib (FOTO)
Argentinanın səhiyyə naziri koronavirusa yoluxub
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Bütün xəbərlər