...

Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər inkişafın Azərbaycan modelini ortaya qoyur - Deputat

Siyasət Materials 6 Fevral 2021 11:49 (UTC +04:00)
Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər inkişafın Azərbaycan modelini ortaya qoyur - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin növbəti onillik üçün inkişafını şərtləndirir. Bu sərəncam olduqca əhəmiyyətli və əhatə dairəsinə görə bütün sahələri əhatə edən mükəmməl sənəddir.

Bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, sərəncamda ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar, milli iqtisadiyyatın güclənməsi, müasirləşməsinin təmin edilməsi yönündə həyata keçirilən işlərə toxunulub ki, bu da əldə edilən uğurların təməl daşının sağlam iqtisadi və siyasi müstəvidə qurulmasından xəbər verir:

“Qeyd etmək lazımdır ki, belə bir sərəncamın verilməsi tarixi zərurətdən qaynaqlanır və növbəti onilliklər üçün ölkəmizin inkişafının təminində xüsusi rola malikdir. İlk öncə onu bildirim ki, sərəncamda da qeyd olunduğu kimi son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib”.

Deputat onu da bildirib ki, sərəncamda əsas diqqət çəkən məqam müstəqil və suveren Azərbaycan dövlətinin postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olması ilə bağlı qarşıya qoyulan məqsədlərdir:

“Belə ki, sərəncamda ölkəmizin davamlı və yüksək iqtisadi artımının təmin olunması üçün qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməli olduğu vurğulanıb. Eyni zamanda o da qeyd olunub ki, kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır.

İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.

Sərəncamda regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməli olduğu xüsusi vurğulanıb. O da bildirilir ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalı, Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.

Yüksək keyfiyyətli ekoloji mühitlə bağlı görüləcək işlər isə ümumilikdə ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadənin təmin edilməsi sahəsində mühüm amildir”.

Deputat onu da bildirib ki, ümumilikdə sərəncamda beynəlxalq təşkilatların xüsusən BMT-nin qarşıdakı illər ərzində iqtisadi inkişafla bağlı tövsiyyələrin yer alması ümumilikdə Milli Prioritetlərdə riskləri minimuna endirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti