...

Bayden İrana iqtisadi təzyiqləri yumşaltmağı planlaşdırır

Siyasət Materials 7 Fevral 2021 13:29 (UTC +04:00)
Bayden İrana iqtisadi təzyiqləri yumşaltmağı planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İran iqtisadiyyatına aid bəzi məhdudlaşdırıcı tədbirləri saxlamaqla ölkəyə iqtisadi təzyiqi azaltmaq ehtimalını nəzərdən keçirir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası Tehrana Beynəlxalq Valyuta Fondundan borc verilməsi və İranın koronavirus pandemiyası fonunda humanitar yardım almasına mane olan sanksiyaların yumşaldılmasının mümkünlüyünü müzakirə edir.

Mütəxəsisslər bu tədbirlərin ABŞ-ın Donald Trampın prezidentliyi dövrü olan 2018-ci ildə Vaşinqtonun tərk etdiyi İranın "nüvə sazişinə" (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtması istiqamətində addım olduğunu düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti