...

Ceyhun Bayramov ilə ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub

Siyasət Materials 9 Fevral 2021 08:29 (UTC +04:00)
Ceyhun Bayramov ilə ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub

Bakı. Trend:

Fevralın 8-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti