...

Azad olunmuş ərazilərdə bərpa prosesinin real nəticələri sözlə əməlin vəhdətidir - Deputat

Siyasət Materials 16 Fevral 2021 10:52 (UTC +04:00)
Azad olunmuş ərazilərdə bərpa prosesinin real nəticələri sözlə əməlin vəhdətidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

1 il əvvəl Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında dünya ictimaiyyəti qarşısında bir daha bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Həmin tarixi debatda Ermənistan baş naziri sözün həqiqi mənasında gülünc vəziyyətə düşdü.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Paşinyanı bütün dünyanın gözü qarşısında diplomatik müstəvidə məğlub duruma saldı:

"Bu debatda Prezident İlham Əliyevin prinsipial mövqeyi bir daha təsdiqlədi ki, Ermənistan rəhbərliyinin imitasiyalarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb. 26 il ərzində davam edən sülh danışıqlarında rəsmi Bakının ərazi bütövlüyü ilə bağlı hər hansı güzəştindən söhbət belə getməyib.

Bütün proseslər ötən il 44 günlük Vətən müharibəsində məntiqi sonluğuna çatdı. Ali Baş Komandan İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 1 il əvvəl Prezident İlham Əliyev Münhendə və digər beynəlxalq platformalarda qətiyyət nümayiş etdirirdi, bu gün isə artıq işğaldan azad olunmuş ərazilərimizdə Ali baş komandanımız bayrağımızı ucaldır".

Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə artıq bərpa prosesinin real nəticələri sözlə əməlin vəhdətidir:

"Təsadüfi deyil ki, cəmi ay yarım ərzində Laçında Həkəri çayı üzərində 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Azad edilmiş ərazilərdə istiosmara verilən ilk elektrik stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Məsələ burasındadır ki, işğalçı Laçını qaytarmaq niyyətində olmayıb.

Prezident İlham Əliyevin də söylədiyi kimi, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Əsas məqsədimizə - ərazi bütövlüyümüzə nail olduq. Bundan sonra brpa prosesi, Qarabağı regionun inkişaf zonasına, cənnətə çevirmək mərhələsi başlayır. Həkəri Elektrik stansiyası ilə yanaşı, Zəngilanda Bəsitçay təbiət qoruğunun bərpasına da artıq start verildi.

Yəni, Azərbaycan öz tarixi torpaqlarında ekologiyanı da bərpa edir, illərlə davam edən ekoloji terrorun fəsadlarını aradan qaldırır. Eyni zamanda hazırda əkin sahələrinin monitorinqi aparılır. Artıq yeni mövsümdə azad olunmuş ərazilərimizdə əkin işlərinə başlanacaq. Bir sözlə, bərpa işləri kompleks şəkildə həyata keçirilir. Azərbaycan Vətən mühribəsinin yaratdığı çoxşaxəli imkanları maksimum şəkildə dyərləndirir".

Xəbər lenti

Xəbər lenti