...

Azərbaycanla əməkdaşlıq müddətində 100-dən çox layihə reallaşdırılıb - Aİ

Siyasət Materials 18 Fevral 2021 12:13 (UTC +04:00)
Azərbaycanla əməkdaşlıq müddətində 100-dən çox layihə reallaşdırılıb - Aİ

Bakı. Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan əməkdaşlıq müddətində bir sıra birgə layihə üzərində işləyib.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, Aİ ötən həftə peşə tədrisi üzrə vacib layihə işə salıb. Bundan başqa, tərəflər ASAN Xidmətinin və rəqəmsal xidmətlərin yaradılmasında əməkdaşlıq edib.

Hazırda Aİ-nin dəstəyi ilə Azərbaycan məhkəmə sistemində işlərin baxılmasının yeni üsulunu tətbiq edir.

Qeyd olunub ki, "eu4Azerbaijan.eu" saytında Azərbaycanla Aİ arasında 120-dən çox layihə yer alıb. Onlardan bəziləri hazırlanma mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti