...

Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

Siyasət Materials 4 Mart 2021 19:16 (UTC +04:00)
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclası başa çatıb.

Trend-in məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti