Bakı. Ceyhun Ələkbərov - Trend:
Azad olunmuş ərazilərdə bir sıra böyük infrastruktur layihələri həyata keçirilir.
Trend xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, hazırda başlıca olaraq azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri görülür: “Əlavə olaraq isə böyük infrastruktur layihələrin həyata keçirilməsinə başlanılıb”.
Nazir əlavə edib ki, minalar tam təmizlənəndən sonra digər layihələrə də start veriləcək.