...

Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipləri əsasında əməkdaşlığın tərəfdarıdır - Ceyhun Bayramov

Siyasət Materials 15 Mart 2021 13:15 (UTC +04:00)
Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipləri əsasında əməkdaşlığın tərəfdarıdır - Ceyhun Bayramov

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi bölgədə yeni reallıq yaradıb və bu yeni reallıq regionda əməkdaşlıq imkanlarını artırıb.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında deyib.

"ATƏT-in Helsinki yekun aktına uyğun olaraq Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipləri əsasında əməkdaşlığın formalaşmasının tərəfdarıdır. Bu, bölgədə birgəyaşayış, sülh imkanları yaradır. Bu istiqamətdə ATƏT-lə əməkdaşlıq fayda verə bilər. Hesab edirik ki, postmüharibə dövründə geniş əməkdaşlıq imkanları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti