...

Hesablama Palatasına yeni sədr müavini və auditorlar təyin olundu

Siyasət Materials 16 Mart 2021 16:57 (UTC +04:00)
Hesablama Palatasına yeni sədr müavini və auditorlar təyin olundu

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Hesablama Palatasının sədr müavini və auditorlar vəzifəsinə namizədlər təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Nəsir İbrahim oğlu Sadıqovun Palata sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın isə Hesablama Palatasının auditorlarının təyin edilməsi üçün namizədliyi irəli sürülüb.

Nəsir İbrahim oğlu Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.

Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti