Bakı. Trend:
2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri çərçivəsində atışlar icra edilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş atışları zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.