...

“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)

Siyasət Materials 12 Aprel 2021 18:20 (UTC +04:00)
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)

Bakı. Trend:

Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. Açılışda Prezident İlham Əliyev iştirak edib.

”Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir”. Bu fikir isə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdə səsləndirib.

Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Hərbi Qənimətlər Parkının açılışı olub. Verilişin qonaqları politoloq Zaur Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev və Ramil Məmmədov bildiriblər ki, açılışı olan park Azərbaycanın parlaq qələbəsini simvolizə edir. Verilişdə Ermənistanda məğlubiyyətdən sonrakı mövcud böhran vəziyyətinə də toxunulub.

Qeyd olunub ki, Ermənistan 44 günlük müharibənin şokundan hələ də ayıla bilmir.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=X0fsEYn0dEk

İnformasiya dəstəkçisi TREND

Məqalədə:
Xəbər lenti

Xəbər lenti