...

Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb

Siyasət Materials 21 Aprel 2021 16:36 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə səfirliyinin "Twitter" səhifəsində bildirilib.

Qeyd olunur ki, aprelin 19-da Bakıya gəlmiş C.Bağcı səfirliyin əməkdaşları ilə tanış olub.

Xatırladaq ki, C.Bağcı aprelin 3-də Türkiyənin Azərbaycandakı səfiri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti