...

İstər ərəblər, istərsə də yəhudilər gələcək nəsillər üçün təhlükəsiz və inkişaf edən regionun olmasında maraqlıdır - Assosiasiya sədri

Siyasət Materials 19 May 2021 17:39 (UTC +04:00)
İstər ərəblər, istərsə də yəhudilər gələcək nəsillər üçün təhlükəsiz və inkişaf edən regionun olmasında maraqlıdır - Assosiasiya sədri

Bakı. Trend:

İstər ərəblər, istərsə də yəhudilər gələcək nəsillər üçün təhlükəsiz və inkişaf edən regionun olmasında maraqlıdırlar.

Bunu Trend-ə "Aziz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri Vahid Bayramov deyib.

V.Bayramov bildirib ki, Fələstin-İsrail münaqişəsi uzun illərdir ki, davam edir. Təəssüflər olsun ki, minlərlə insanın ölümünə səbəb olan bu münaqişə hələ də öz həllini tapmayıb. Zaman-zaman həm İsrail, həm də Misir, Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri kimi ölkələr bu münaqişənin həlli istiqamətində addımlar atsa da, münaqişə bu gün də davam edir: "Təəssüf hissi ilə qeyd edirəm ki, bəziləri bu münaqişəni dini münaqişə kimi qələmə verməyə çalışır, bu da tamamən səhv və qəbuledilməzdir.

İsrail başda Azərbaycan olmaqla, Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman dövlətləri ilə də diplomatik əlaqələrə malikdir. Bu da münaqişənin dini zəmində olmadığını bir daha göstərməkdədir".

V.Bayramov qeyd edib ki, təşkilat olaraq, istər Yaxın Şərqdə, istərsə də dünyanın fərqli yerində ekstremizm, dini radikalizm və dinc insanların ölümünə səbəb olan terroru şiddətlə qınayırıq. Dinc insanların ölümünə heç bir halda haqq qazandırmaq olmaz və ümümiyyətlə ekstremizm, dini radikalizm problemin həlli deyil, problemin özüdür: "Hesab edirəm ki, istər ərəblər, istərsə də yəhudilər gələcək nəsillər üçün sabit və inkişaf edən regionun olmasında maraqlıdırlar. Azərbaycan-İsrail münasibətlərinə gəlincə, təbii ki, qeyd etdiyim kimi, bu münasibətlər çox güclüdür və şübhəsiz strateji xarakter daşımaqdadır.

Azərbaycan yəhudilərin ikinci vətənidir və onlar hər zaman burada sülh və əmin-amanlıq şəraitində yaşayıblar".

"Aziz" rəsmisi əlavə edib ki, iki dövlət arasında olan münasibətlərin daha da inkişafı, eləcə də Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə və dünyaya çatıdırılması üçün "Aziz" olaraq bundan sonra da əllərindən gələni edəcəklər: "Bütün bunlarla yanaşı, "Aziz" olaraq hər zaman olduğu kimi, 44 günlük savaş zamanı da Azərbaycanın haqq işinə dəstək olan İsrailə təşəkkür edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti