Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası bütün bölgənin inkişafına faydalı təsir göstərəcək.
Bunu Trend-ə Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
10 noyabr 2020-ci il tarixində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı bəyanatı şərh edən keçmiş səfir Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafının bütün bölgəyə fayda gətirəcəyini qeyd edib.
O deyib: "Azad edilmiş torpaqlarda nəqliyyat əlaqələrinin inkişafı həm də Türkiyə, Qazaxıstan, Özbəkistanın xeyrinə xidmət edəcək".
Bundan əlavə, Robert Sekuta bu həftə sonu Ağdamı ziyarət edəcəyini bildirib.