...

3 ölkənin XİN rəhbəri Azərbaycana gəlib (FOTO)

Siyasət Materials 25 İyun 2021 09:56 (UTC +04:00)
3 ölkənin XİN rəhbəri Azərbaycana gəlib (FOTO)

Bakı. Trend:

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəliblər.

Trend-in məlumatına görə, bu barədə B.Auresku "Twitter"də yazıb.

B.Auresku qeyd edib ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı dörd görüş keçiriləcək:

"Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır, ikitərəfli dialoqumuzda geniş potensial var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti