...

Baş nazir Əli Əsədov Qırğızıstanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 2 İyul 2021 16:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti