...

Aİ Şurasının Prezidenti Batumidə Gürcüstan rəsmiləri ilə regiondakı vəziyyəti müzakirə edib

Siyasət Materials 19 İyul 2021 13:52 (UTC +04:00)
Aİ Şurasının Prezidenti Batumidə Gürcüstan rəsmiləri ilə regiondakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Batumidə Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

Trend xəbər verir ki, hər iki görüşdə Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlər, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, Gürcüstanda demokratik təsisatların və insan hüquqlarının müdafiəsinin vəziyyəti diqqət mərkəzində olub.

Görüşlərdə Qara dəniz və Cənubi Qafqaz regionlarında təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin tam təmin olunmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh regionun inkişafını təmin edəcək.

Qeyd edək ki, Şarl Mişel Gürcüstana səfəri çərçivəsində Batumidə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelinski və Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.

Onun, eyni zamanda, “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında çıxışı da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti