...

Ermənistan Rusiyanı Azərbaycanla münaqişəyə sürükləməyə çalışır - Rusiyalı ekspert

Siyasət Materials 4 Avqust 2021 22:53 (UTC +04:00)
Ermənistan Rusiyanı Azərbaycanla münaqişəyə sürükləməyə çalışır - Rusiyalı ekspert

Bakı. Trend:

Ermənistan qəsdən Qarabağda demarkasiya prosesini ləngitməyə çalışır.

Trend-in məlumatına görə, bunu "News.ru"ya açıqlamasında Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elm və Sosiologiya Bölməsinin dosenti, "Rusiya Zabitləri" ekspertlər şurasının üzvü Aleksandr Perenciyev deyib.

A.Perenciyev qeyd edib ki, Ermənistan tərəfi Azərbaycan ərazisini atəşə tutmaqla bu ölkənin əsas hissəsini Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizinin yaranmasının qarşısını alır.

Ekspert Ermənistan rəhbərliyinin yalnız özləri üçün deyil, həm də sərhəd zonasında təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlıları üçün də risk yaratdığını bildirib.

Onun sözlərinə görə, Yerevanın bu cür hərəkətləri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı Azərbaycanla münaqişəyə sürükləməyə cəhd etdiyini göstərir. Belə bir yekun Rusiyanın milli maraqlarına ziddir.

Eyni zamanda ekspert əlavə edib ki, demarkasiyanın gecikməsi yalnız müharibə zamanı itirilmiş əraziləri geri almaq istəyindən əl çəkmək istəməyən erməni "revanşistləri" üçün faydalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti