...

Tərtərin işğal bölgəsi olmamasına rəğmən, buraya çox sayda raket hücumu olub - Hacı Əli Açıkgül

Siyasət Materials 24 Sentyabr 2021 17:24 (UTC +04:00)
Tərtərin işğal bölgəsi olmamasına rəğmən, buraya çox sayda raket hücumu olub - Hacı Əli Açıkgül

Tərtər. Humay Ağacanova - Trend:

Tərtərin işğal bölgəsi olmamasına rəğmən, buraya çox sayda raket hücumu olub.

Bu sözləri Trend-in Qarabağ bürosuna açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Əli Açıkgül deyib.

O bildirib ki, Tərtərə edilən raket hücumları nəcitəsində evlər yaşanılmaz hala düşüb: "Bu gün işğaldan azad edilən ərazilərə səfər etdik. Öncə Ağdamda dağıdılan məscidləri, infrastrukturu, mədəni tarixi abidələri yerində müşahidə etdik. Hazırda Tərtərdə müharibə vaxtı raket hücumuna məruz qalan bir evin qarşısındayıq. Ev sahibindən əldə etdiyimiz məlumata görə, raket hücumundan 5 dəqiqə əvvəl evdən çıxdığı üçün itki yaşanmayıb. Lakin ev yaşanılmaz hala düşüb. Biz bunların hər birini hesabata daxil edərək, beynəlxalq təşkilatlara göndərəcəyik".

Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti bu gün Tərtər şəhərində olublar.

Nümayəndə heyəti bundan öncə işğaldan azad olunan Ağdam şəhərində faktaraşdırıcı missiya həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti